Tiflis. Qafqaz canişininin malikanəsi. Xurşidbanu sükut
içində ətrafı seyr edir. Knyaz Xasay iti addımlarla gəlib
Xurşidbanunun qarşısında dayanır.
Knyaz Xasay: Canişin cənabları indi buyurub sizi dinləyəcəklər,
Banu bəyim.
Xurşidbanu gülümsəyir.
Knyaz Xasay: Mən sizin haqqınızda gözəl sözlər eşitmişəm.
Bütün Azərbaycan sizinlə fəxr etməlidir.
Xurşidbanu:Təşəkkür edirəm, knyaz.
Ortayaşlı, yaraşıqlı bir adam olan canişin otağa daxil
olur.
Canişin: Xoş gəlmisiniz, Banu bəyim. Sizi gördüyümə çox
şadam. Rica edirəm, əyləşin.
Xurşidbanu və canişin əyləşirlər.
Canişin: Sizin nəslinizə olan dərin hörmətimə əmin ola
bilərsiniz, Banu bəyim. Əlbəttə, İbrahim xanın nəvəsinə,
general Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur.
Eşitdiyimə görə, siz həm də gözəl şairsiniz.
Xurşidbanu razılıq əlaməti olaraq gülümsəyir.
Canişin: Mən azərbaycanlıların igidliyinə heyranam. Ancaq,
təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb.
Xurşidbanu (kədərlə): Bu bizim faciəmizdir, knyaz. Qədim
bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb
qardaşı qardaşdan ayırmaq ədalətli iş deyildir.
Canişin söhbəti dəyişir.
Canişin: Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə
məlumdur, Banu bəyim. Mən çalışıram, atanızdan qalan
mülkün bir hissəsi sizə qaytarılsın.
Xurşidbanu: Mən bütün mülklərimizin qaytarılmasını tələb
edirəm, knyaz.
|
|
|