A
|
Cümlələrdə fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyənləşdirin.
|
B
|
Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid
olduğunu müəyyənləşdirin.
1. Filmə diqqətlə bax. (feil, ədat) 2. Bax mən sənə güvənirəm, (feil, ədat) 3. Təəssüf, tapşırığın şərtini diqqətlə oxumamısan. (isim, modal sözlər) 4. Müəllim təəssüf hissi keçirdi. (isim, modal sözlər) 5. Ay oğul, böyüyün sözünü dinlə. (nida, isim) 6. Ay Yer planetinin yeganə təbii peykidir. (nida, isim) |
C
|
Verilmiş sözlərdən mürəkkəb feillər düzəldərək uyğun cümlələri tamamlayın.
1. O bu xəbəri eşidib hirsindən ... . (çalmaq, oynamaq) 2. Qazandığı qələbədən sonra özünü xoşbəxt ... . (əsmək, coşmaq) 3. Uşaqlar Novruz şənliyində ... . (həlak, olmaq) 4. İgid oğullar Vətən uğrunda ... . (hiss, etmək) |
Ç
|
Nöqtələrin yerinə şəxsə və kəmiyyətə görə dəyişməyən feillər əlavə edərək
cümlələri köçürün.
1. Uşaq anasına ... doluxsundu. (sığın...) 2. Bağban ... meyvələri dərib səbətə yığdı. (yetiş...) 3. Uşaqlar göbələk ... üçün meşəyə yollandılar. (topla...) 4. Fəridə vərəqə ... danışdı. (bax...) |
D
|
Fərqləndirilmiş sözləri uyğun sual əvəzlikləri ilə əvəz edib cümlələri köçürün.
1. Arif dərsdən sonra idmanla məşğul olurdu. 2. Yıxılmamaq üçün divardan tutdu. 3. Bugünkü gəzintidən hamı razı qalmışdı. 4. Çalışanlar hər zaman uğur qazanır. |