|
3
|
KOSMOSA SƏYAHƏT
|
1
|
A
|
"Yaşılgözlü qız" və "Zamanın əsirləri" əsərləri arasında hansı bağlılıq var?
Məkan, zaman və obrazlar baxımından bu əsərləri müqayisə edin.
|
B
|
Sizcə, müəllif bu seriyadan 3-cü əsərində öz qəhrəmanlarını hansı məkan və
zamanda təsvir edəcək?
|
Bu əsər "Yaşılgözlü qız" və "Zamanın əsirləri" əsərlərinin davamıdır. Lemi zaman maşını ilə Kənan və Rüstəmi Daş dövründən xilas edir. Uşaqlar bu dəfə Leminin yaşadığı planetə düşürlər. Bu planetdə çox şey süni intellektlə1 idarə olunur. Burada məlum olur ki, kiborq2 adlanan robotlar üsyan qaldırıb və insanları başqa planetə sürgün ediblər. Planetin idarəsi kiborqların əlinə keçib. Lemi özünü və dostlarını təhlükədən qorumaq üçün bir müddət öz ağıllı evində3 gizlənməyi qərara alır. Çünki ağıllı ev elə proqramlaşdırılıb ki, təhlükəsizliyi tam təmin edir. Sahibinin icazəsi olmadan heç kim bu evə daxil ola bilməz. |
1süni intellekt - hər hansı qurğunun insan kimi yaradıcı işləri yerinə yetirmək bacarığı. 2kiborq - orqanları mexaniki qurğularla əvəz olunmuş süni insan. 3ağıllı ev - süni intellektlə idarə olunan ev. |
I hissə
* * *
...Elə təzəcə ağıllı evə çatmışdılar ki, birdən Lemi uşaqların yanında öz-özünə danışırmış kimi dilləndi: - Otaqların vəziyyəti necədir? Haradansa, sanki divarlardan cavab eşidildi: - Normal. Otaqlar səliqəyə salınıb. Temperatur 27 dərəcə, rütubət 65%-dir. - Çox yaxşı. Hər iki otağın hamamını hazırla. Rüstəm ətrafa baxıb Lemidən soruşdu: - Sən kiminlə danışırsan? - Evi idarə edən süni intellektlə. Oyalnız ev sahibinin səsini tanıyır və onun tapşırıqlarını yerinə yetirir. Məsələn, ona "Evi səliqəyə sal" əmri verəndə proqram əvvəlcə evi skan edərək hansı hissələri təmizləmək lazım olduğunu müəyyən edir. Sonra yuyucu məhlulu su ilə qarışdırıb kiçik uçan robotlara paylayır və onları evi təmizləməyə göndərir. Balaca robotlar ətrafa səpələnib işləyirlər. Yaxşı, uşaqlar, vaxt gedir, hamam sizi gözləyir! |