|
1
|
ŞƏRQDƏ İLK DƏFƏ...
|
1
|
A
|
"Müstəqillik" sözünün mənasını izah edin. Müstəqil dövlətin hansı rəmzləri var?
Bu haqda bildiklərinizi danışın.
|
Hikmət sevir ürəkdən
Doğma Azərbaycanı. O, həmişə öyünür: - Vətənimə tay hanı?! Amma bəzi suallar Ona rahatlıq vermir. Babasından soruşur Bilmədiyini bir-bir: - İlk dəfə bu torpaqda Dövlət necə yaranıb? Necə olub, bu ölkə "Azərbaycan" adlanıb? Baba da hər sualı Təmkinlə izah edir. Soruşduğu hər şeyi Nəvəsinə öyrədir. Bu gün də bir suala Cavab tapmırdı Hikmət: "Görəsən, nə deməkdir Şərqdə ilk cümhuriyyət? Yaxınlaşıb babaya Hikmət istədi kömək. Baba başladı sözə Ona tumar çəkərək: "Şərqdə müstəqilliyə İlk dəfə imza atan Bilirsənmi kim olub? - Anamız Azərbaycan! |
• Söz boğçası •
• cümhuriyyət
• təmkinlə • örnək
Milli dövlət qurdular
Vətənpərvər oğullar. Zəfər çaldı həqiqət, Gerçək oldu xəyallar. Qazandı sevgi, hörmət, Tanındı Odlar yurdu. Bax budur cümhuriyyət: Gerb, himn, bayraq və ordu. Azadlıq istəyənə Örnək oldu bu dövlət. Bu gün də müstəqildir Şərqdə ilk cümhuriyyət. Fəxr et doğma Vətənlə, Unutma bu sevinci. Çalış Vətənin kimi Həmişə ol birinci!" Şəhla Zahidova
|