8
|
İXTİRALAR VƏ KƏŞFLƏR
|
A
|
Göy rənglə verilmiş uyğun sözdən istifadə edərək söz birləşmələrini
tamamlayın.
|
B
|
Şeiri oxuyun. İxtira və kəşf anlayışlarını müqayisə edin.
|
Ağaca dırmaşanda
Tural qəfil sürüşdü. Düyməli boz köynəyi Bir budağa ilişdi. Yaxası qaldı açıq, Qopdu, düşdü düyməsi. Təptəzə köynək idi, Heyif, qaçdı ilməsi. "Görən, düymə düzəltmək Kimin ağlına gəlib? İlk parçanı toxuyan Onu necə öyrənib? Tozsoran, paltaryuyan... Kim düşünüb bunları - Anama kömək edən İşgüzar maşınları?.." |
Bu suallar beynində
Bir-birinə qarışdı. Nəsə anlamaq üçün Tural xeyli çalışdı. Düşündü: "Yəqin, atam İzah edər bunları". Ata isə təmkinlə Dinlədi sualları. Dedi: "Soruşduqların İcaddır, ixtiradır. Bütün ixtiraları İnsan beyni yaradır". - Hə, bildim, Amerika... Tural atıldı-düşdü, - O da icad olunub, Yaxşı yadıma düşdü. |
Ata dedi: "Əvvəldən
Amerika var idi. Sadəcə, insanların Xəbərləri yox idi. Bir səyyah gəzə-gəzə Adsız məkana çatıb. Kəşf etdiyi torpağı İnsanlara tanıdıb. İxtiraya gəlincə, Ehtiyaclar aranır, İnsana vacib olan Tələbatdan yaranır".
Şəhla Zahidova
• Söz boğçası •
• ilmə • məkan
|