Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Həmsöhbətimiz minifutbol üzrə komandamızın baş məşqçisi Elşad Quliyevdir.
-İlk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur. İlkə imza atmaq necə bir hissdir?
- Qürur hissi keçiririk. Qürbətdə bayrağımızı qaldırıb himnimizi səsləndirdiyimiz üçün fəxr edirik.
- Qələbə qazanacağınıza inandırdınızmı?
- Hər görüşümüzə qələbə qazanmaq məqsədilə çıxırdıq. Qeyd edim ki, turnirdə Avropanın ən güclü komandaları iştirak edirdi. Finalda qalib gəldiyimiz
- Sizcə, komanda idman növündə qələbə qazanmaq nə üçün çətindir?
-İlk növbədə, komanda üzvləri arasında birlik olmalıdır. Oyunlarda bir-birini anlamaq mütləqdir. Əlbəttə, bir də nizam-intizam və müntəzəm məşqlər. Əgər bütün bu dediklərim varsa, mütləq qələbə də olacaq.
- Necə düşünürsünüz, bu uğuru təkrar etmək mümkün olacaqmı?
- Əlbəttə ki, bu uğuru təkrarlamaq o qədər də asan olmayacaq. Kuboku əldə saxlamaq rekordları qırmaq qədər çətindir. Lakin əminəm ki, bu qələbə bir mayak oldu. Ümid edirəm ki, bundan sonra yeniyetmələrdə minifutbola qarşı maraq artacaq. İdmanın bu növü inkişaf edəcək, yeni Avropa çempionlarımız olacaq.
- Sizə yeni qələbələr arzulayıram. Müsahibəyə görə çox sağ olun.