BUXAR AVTOMOBİLİ
Təxminən 500 il əvvəl bir türk alimi mühərrik ixtira etdi. Bu mühərrik buxarla işləyirdi. Qazanda qaynayan suyun buxarı mühərrikə ötürülürdü. Onun yaratdığı təzyiq mexanizmi hərəkətə gətirirdi. Bu mühərrikdən, əsasən, su nasoslarında istifadə olunurdu.
Bundan 200 il sonra fransız ixtiraçısı Nikola Künyo qərara aldı ki, arabaya at əvəzinə, buxar mühərriki qoşsun. Beləliklə, o, 1765-ci ildə buxar mühərriki ilə işləyən ilk avtomobil yaratdı. Bu arabanı lokomobil adlandırdılar. Künyonun lokomobili saatda 4-5 km sürət yığırdı.
Lokomobili sürmək çox çətin idi. Təsəvvür edirsiniz, sürücü tez-tez maşını saxlayıb qazandakı suyu qaynatmalı idi ki, buxar əmələ gəlsin. Elə şofer sözü də o vaxtlar yaranıb. Fransız dilində bu söz "ocaqçı" mənasını verir.