1
Cümlədə altından xətt çəkilmiş söz birləşmələri hansı suallara cavab verir?
Yayın əvvəlində yumurtaların qabığı çatladı.
A nəyin? nəyi?
B nə vaxt? nə?
C harada? nə etdi?
2
Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub?
A Qatar yola düşəndə Ramil pəncərədən atasına əl
elədi.
B Əsgərlər Ayaza təşəkkür edib vaqonlara
mindilər.
C Məktəb binası yeni ildə istifadəyə
veriləcək.
3
Cümlədə söz birləşmələrini müəyyən edin.
A Arı ailəsində iş bölgüsü olur.
B Şanların divarları nazik və möhkəm olur.
C Quşlarda inkubasiya dövrü fərqli olur.
4
Hansı cümlələr yalnız mübtəda və xəbərdən ibarətdir?
1. Termit yuvaları təbiətin möcüzəsidir.
2. Quşlar boya-başa çatdıqları yerdə yuva qururlar.
3. Uşaqlar qışqıra-qışqıra ördəyin arxasınca qaçdılar.
4. Qunduzlar yuvalarını nohurda qururlar.
5. Meşə quşları təbiətin sanitarlarıdır.
5
Hansı cümlədə xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşır?
A Şanı düzəltmək üçün arılar mumdan istifadə
edir.
B Meşəyə gələn adamlar quş yuvalarına
baxırdılar.
C Termitlər də arılar kimi ailə şəklində
yaşayır.
6
Hansı cümlələrdə mübtəda ilə xəbərin uzlaşmasında səhvə yol verilib?
A Payız gələndə ağacların yarpaqları solur.
B Həkimlər yeni gələn xəstələri müayinə edirdi.
C Delfinlər delfinariyə gələn turstləri xeyli əyləndirdilər