Təhsili. Nigar xanım ali təhsil almış ilk azərbaycanlı qadındır. 0,1871-ci ildə Tiflisdə anadan olmuşdur. 18 yaşında ikən bu şəhərdəki Zaqafqaziya Qızlar İnstitutunu qızıl medalla bitirmişdir. Ana dili ilə yanaşı, rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. Bir dəfə Nigar xanımın fransızca danışığına valeh olan fransız generalı ondan soruşur:
- Madmazel, neçə il Parisdə yaşamışsınız?
Nigar xanım gülümsəyərək cavab verir:
- Mən heç vaxt Rusiyadan kənara çıxmamışam.
Nigar xanımın cavabı generalı heyrətə gətirir.
İlk şəfqət bacısı. Nigar xanım 1909-cu ildə "Rus artilleriyasının atası" adlandırılan general Əliağa Şıxlinski ilə ailə həyatı qurur. I Dünya müharibəsi başlayır. Zabit arvadlarının yaralı əsgərlərə yardım göstərmələri üçün cəmiyyət təşkil edilir. Nigar xanım bu cəmiyyətin sədri seçilir. Onun rəhbərlik etdiyi hospital Qırmızı Xaç* xəstəxanaları arasında ən yaxşısı hesab olunurdu. Bu hospitala "Şıxlinski xəstəxanası" deyirdilər.
1920-ci ildə Azərbaycanda Qızıl Aypara Cəmiyyəti yaradılır. Cəmiyyətin yaradıcılarından biri Nigar xanım idi.
Vətənpərvərlik. Müxtəlif dillərdə mükəmməl danışan Nigar xanım ana dilinin qorunması məsələsinə də diqqətlə yanaşırdı. Dilimizdə alınma sözlərin çox olması onu narahat edirdi. Bu mövzuda mətbuatda tez-tez məqalələri dərc olunurdu. Bu məqalələrindən birində Nigar xanım yazırdı: "Alınma sözləri mümkün qədər az işlətmək lazımdır. Çünki öz dilimizdə sözlərimiz çoxdur. Alınma sözləri ancaq o zaman işlətmək olar ki, azərbaycanca əvəzi olmasın".
Son illəri. Nigarxanım ömrünün sonuna qədər xeyriyyəçilik fəaliyyətini davam etdirir. Anasının vəfatı və yeganə oğlunun itkin düşməsi Nigar xanımı sarsıdır. 0, 1931-ci il avqustun 12-də dünyasını dəyişir.