Bölmə 1. Canlı həyat
alması üçün havanı oksigenlə zənginləşdirir, güclü küləklərin
qarşısını alırlar. İnsanlar qədim zamanlarda bitkilərlə
qidalanırdılar. Sonra onlardan dərman və boyaq maddələri
hazırlamaq, parça toxumaq və s. üçün də istifadə etməyə
başladılar.
Zaman keçdikcə insanlar bitkiləri əkib-becərməyi öyrəndilər.
Aloe, diffenbaxiya, kalla, qızılgül, nərgiz, kaktus, xlorofitium kimi
bitkilərə
evlərinizdə, məktəblərdə, küçə və parklarda çox rast gələ
bilərsiniz.
Bu bitkilər zövq almaq, xoş ətrinə görə, otağın havasının
təmizlənməsi
üçün yetişdirilir. Lakin unutmayın ki, bəzi bəzək bitkilərinə,
məsələn, diffenbaxiyaya qulluq zamanı ehtiyatlı olmaq lazımdır. Çünki
bu bitkinin yarpaqlarının əllə ovulması, qoparılması insanlar, o cümlədən
də ev heyvanları üçün təhlükəlidir. Onlar dilin, dodaqların şişməsinə,
nəfəs tıxanıqlığına səbəb ola bilər. Ona görə də diffenbaxiya bitkisinə
toxunduqdan sonra əlləri mütləq yumaq lazımdır.
Müalicə məqsədilə istifadə olunan nanə, itburnu, çobanyastığı,
kəklikotu
kimi dərman bitkiləri də var. Tarlalarda bitən pambıq,
günəbaxan
kimi bitkilər texniki bitkilər adlandırılır. Pambıqdan lif, yağ
alınır, parçaların
toxunmasında, avtomobil təkərinin, kəmərlərin
hazırlanmasında geniş
istifadə edilir. Ondan alınan yağdan yemək
məhsulları, həmçinin sabun,
lak, spirt hazırlanır. Hələ qədim zamanlardan
Azərbaycanda nar,
tut, zəfəran, heyva bitkilərinin köklərindən boyaq
maddəsi əldə edilib.