Bölmə 2. Fərd, ailə və cəmiyyət
Cəmiyyət ayrı-ayrı qruplardan ibarətdir. O qruplardan biri də ailədir. İnsanın sosial varlıq kimi formalaşmasında, yetişməsində və inkişafında ailənin rolu böyükdür. Ailə uşaqların sağlam böyüməsi üçün şərait yaradan, onları qoruyan doğma insanların birliyidir. Uşaqların inkişafına və tərbiyəsinə əsas cavabdehliyi ailənin böyükləri, yəni valideynlər daşıyır.
Ailə başçıları uşaqların yaşaması üçün yaxşı mühit yaratmağa, onların qidalanmasını, sağlam böyüməsini təmin etməyə borcludurlar. Bundan başqa, valideynlər uşaqların dinc və mehriban mühitdə inkişaf etməsi üçün də cavabdehlik daşıyırlar. Onlara qayğı və sevgi göstərir, dəyərli və sevilən olduqlarını hiss etdirirlər. Hüquqlarını qoruyur, bir fərd kimi yetişməsini təmin edirlər.
İnsan ailədə öyrəndiyi bacarıqları əvvəlcə kollektivdə - məktəbdə, sinifdə, daha sonra isə cəmiyyətdə tətbiq etməyə başlayır. Bu səbəbdən də ailə həm öz rol oynayır.