RƏQS ANSAMBLLARI
Rəqsləri kollektiv şəkildə
necə ifa etmək olar?
Xalqın milli ruhu, tarixi, adət-ənənəsi, məişəti, sevinci,
kədəri və s. təkcə mahnılarda deyil, xalq rəqslərində
də öz əksini tapmışdır. Keçmişdə bəzi xalq rəqslərinin
ifasını təkcə zərb musiqi alətlərində çalmaqla, bəzilə-
rini
isə oxumaqla müşayiət edirdilər. Rəqslər solo,
duet və müxtəlif tərkibli (qadın, kişi və qarışıq) kol-
lektivlərlə
ifa olunur.
Solo musiqi əsərinin bir nəfər
tərəfindən ifası;
duet musiqi əsərinin iki nəfər
tərəfindən ifasıdır.
"Cəngi" Azərbaycan xalq rəqsi qəhrəmani xarakterli-
dir. O,
qılınc və qalxanlarla kollektiv şəkildə ifa olu-
nan rəqsdir.
"Cəngi" döyüş meydanında hərəkətləri
təsvir edən əsl cəngavərlik rəqsidir. Dahi bəstəkarı-
mız
Üzeyir Hacıbəyli "Koroğlu" operasında xalqın
obrazını yaratmaq üçün bu rəqsin melodik və ritmik
xüsusiyyətlərindən istifadə etmişdir.
"Koroğlu" operasından
"Cəngi"
Musiqisi Üzeyir Hacıbəylinindir.
“Cəngi” rəqsinin ifa qaydasına uyğun şəkli seçin.