Kanon ikisəsli musiqinin bir növüdür. Burada ikinci
səs birinci səsin melodiyasını bir müddətdən sonra
təkrarlayır, birinci səs isə öz melodiyasını davam
etdirir. Birinci səs melodiyanı başladığı kimi birinci də
bitirir. Mahnını kanonla oxuduqda isə melodiya
mətnlə birlikdə təkrarlanır.
Kanon şəklində ifa olunan
mahnını ritmik müşayiətlə
necə əlaqələndirmək olar?
"Yolka nəğməsi"
Musiqisi Soltan Hacıbəyovun,
sözləri Mirmehdi Seyidzadənindir.
“Yolka nəğməsi”nin nəqəratını verilmiş sxemə görə ifa edin.