Bəzən musiqi əsərləri bədii mətnlərin yazılmasına sə-
bəb olur. Bəzən də ədəbi mətnlər yeni-yeni musiqi
əsərlərinin yaranmasına təkan verir. Bədii mətnlərsiz
nə opera, nə də balet yarana bilər. Şeirsiz isə mahnı
və digər vokal əsərlərini yazmaq olmaz.
Ədəbiyyat və musiqinin əsas mənbəyi bizi əhatə edən
dünyadır. Eyni mövzu həm ədəbi, həm də musiqi əsər-
lərində
öz əksini tapır, təəssüratlarımızı tamamlayır,
zənginləşdirir və gücləndirir. Lakin musiqi və ədəbiyyat
öz ifadə vasitələrinə, forma və təsir qüvvəsinə görə
fərqlənir.