MUSİQİLİ TAMAŞA
İstənilən bədii əsəri tamaşaya qoymaq olar. Tamaşada
aktyor oyunu, dialoqlar, mahnı və rəqs nömrələri bir-
ləşirsə,
bu, musiqili tamaşadır. Musiqi ilə yanaşı, səh-
nənin
tərtibatı və aktyorların kostyumları musiqili ta-
maşanın
məzmununun çatdırılmasına kömək edir.
Tamaşanın məzmununu
musiqi və bədii nümunələrlə
necə ifadə etmək olar?
"Şəngülüm, Şüngülüm,
Məngülüm" musiqili
tamaşasından bir parça
Musiqisi Oqtay Zülfüqarovun,
sözləri Ramiz Heydərindir.
“Şəngülüm, Şüngülüm, Məngülüm” musiqili tamaşasının məzmununa
uyğun atalar sözlərini seçin.
1. Bilmədiyini biləndən
soruş.
2. Elmsiz adam qanadsız quş
kimidir.
3. Düşmən zəif olsa da,
ehtiyatı əldən vermə.
4. Yalançının evi yandı, heç
kim ona inanmadı.
5. Eşitdiyinə inanma,
gördüyünə inan.
6. İki qoçun başı bir qazanda
qaynamaz.