Musiqi və heykəltaraşlıq incəsənətin növləridir. İnsanın
müxtəlif hisslərini, həyatda baş verən hadisələri
bəstəkarlar musiqi əsərlərində, heykəltaraşlar isə
abidələrdə əks etdirirlər. Həm musiqidə, həm də
heykəltaraşlıqda əsərin əsasını mövzu, süjet və obraz
təşkil edir.
Musiqi əsərini heykəltaraşlıqla
necə əlaqələndirmək olar?
"Yaşa, mənim xalqım!"
Musiqisi Rauf Məmmədovun,
sözləri Zivər Ağayevanındır.
I bənd
Canımızla bağlıyıq
Bu torpağa, bu elə,
Sıralanıb dağ kimi,
Gəlin verək əl-ələ.
Gəl bacım, gəl qardaşım,
Bir olaq, yumruq olaq.
Sinəsi dağlanmasın,
Bölünməsin bu torpaq.
Nəqərat:
Yaşa, yaşa, yaşa, mənim xalqım!
Yaşa, yaşa, yaşa, mənim xalqım!
"Yaşa, manim xalqım!"
II bənd
Ölsə, yada əyilməz,
Düşsə dara, çətinə,
Bu vüqarlı xalqımın,
Qurbanam qeyrətinə.
Türkün qolu bükülməz,
Türkün gücü tükənməz.
Bir kərə qalxan bayraq
Bir daha enməz, enməz.