Novruz bayramı Azərbaycan xalqının sevimli bayramlarından
biridir. Bu bayram qədim ənənələrlə, oyunlarla zəngindir.
Oyunlar tamaşanı, musiqini, rəqsi, şeiri və incəsənətin başqa
növlərini özündə birləşdirir. Novruz bayramında "Kosa-kosa",
"Kəndirbaz", "Cıdır", "Gizlənpaç", "Fincan-fincan", "Bənövşə"
və s. kütləvi əyləncəli milli oyun və tamaşaları oynanılır,
kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq
yarışları keçirilir. Bu oyunlar cəldlik və qıvraqlıq aşılayır,
gözəl-
lik və xeyirxahlığı tərənnüm edir. Xalq mahnıları və
rəqsləri
bu oyunların ayrılmaz hissəsidir.
Bəstəkarlar Novruz bayramından ilham alaraq bu mövzuda
müxtəlif musiqi əsərləri yaradıblar. Belə ki bayram şənlik-
lərində
xalq musiqisi ilə yanaşı, professional musiqi nü-
munələri
də səsləndirilir.