Ən qədim zamanlardan təbiət rəssam, yazıçı və bəstəkar- lar
üçün ilham mənbəyi olmuşdur. İncəsənətin bütün
növlərində təbiət təsvirinin heç vaxt sadə surəti olmamış- dır.
İncəsənət əsərlərində təbiət sanki canlanır. Təbiət löv- hələri
(mənzərə) insanın onu gördüyü kimi olur: kədərli
və ya şən, düşüncəli və ya əzəmətli.
Portret və natürmort kimi təbiət də musiqi əsərlərində
musiqi ifadə vasitələrinin köməyi ilə əks edilir. Bəzi mu- siqi
əsərlərində təbii və ya təqlid olunan quşların nəğ- məsi,
çayın şırıltısı, tufan səsi, dənizin dalğalanmasını da
eşitmək olur.
Təbiəti təsvir edən
musiqini rəsmlə necə
əlaqələndirmək olar?
"Şən Azərbaycan"
Musiqisi Polad Bülbüloğlunun,
sözləri Məstan Günərindir.
"Qudyalçay vadisi"
Səttar Bəhlulzadə
"Zəngilanın üzüm bağları"
Nadir Əbdürrəhmanov
Məzmun və xarakterinə görə “Zəngilanın üzüm bağları” və “Qudyal-
çay vadisi” şəkillərini “Şən Azərbaycan” mahnısı ilə müqayisə edin.