Adətən, bayram, tarixi günlər, yaradıcılıq gecələri və
başqa tədbirlərdə konsertlər təşkil olunur. Musiqi kol-
lektivləri
öz bədii nailiyyyətləri, ifaçılıq səviyyələrini
göstərməklə özlərinin birlik, nizam-intizam və ifaçılıq
qabiliyyətlərini nümayiş etdirir. Konsert eyni və
müxtəlif xarakterli bir və ya bir neçə incəsənət növlə-
rinə
aid konsert nömrələrindən ibarət ola bilər.
Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr
olunmuş konsertlərdə daha çox vətənpərvərlik möv-
zusunda
əsərlər ifa olunur. Bu konsertlərdə mütləq
Azərbaycan Respublikasının Dövlət Himni səslənir.