Konsertə hazırlaşarkən bir neçə məşq (repetisiyalar) təşkil
olunur.
Ən sonda yekun məşq keçirilir. Həmin məşqi tamaşaçısız
konsert
hesab etmək olar. Burada böyük bir kollektivin konsertə
hazırlıq
işinin nəticəsi yoxlanılır. Konsertin keçirilmə tarixi bəlli
olduğun- dan sonuncu repetisiyanı bir neçə gün əvvəl
keçirirlər.
Məşqin gedişatında müəyyən təşkilati işlər görülür:
1.
Proqrama daxil edilmiş hər bir konsert nömrəsinin
səhnədə göstərilməsi;
2.
Hər bir iştirakçı, ansambl və kollektivlə ayrı-ayrılıqda
məşqin keçirilməsi;
3.
Rəqs və vokal musiqi nümunələrinin quruluşunun
dəqiqləşdirilməsi və s.
Konsertə hazır olmaq
nə deməkdir?
“Repetisiya” oyununun qaydaları:
Altı qrupa bölünün. Hər qrupun bir üzvü növbə ilə masaya
yaxınlaşsın. Masadan
qiymətləndirmə cədvəlini və afişada qeyd olunmuş musiqi nümunəsinin
(konsert
nömrəsinin) adları yazılmış kartlardan birini götürüb öz qrupuna
təqdim etsin.
Növbə ilə qrup şəklində kartdakı musiqi nümunəsini ifa edin.
Digər qrupların çıxışı isə cədvələ görə qiymətləndirilir.
Verilmiş cədvəlin əsasında qrupların ifasını qiymətləndirin.