Bucaq - başlanğıc nöqtələri eyni olan iki şüanın
əmələ gətirdiyi fiqur. Bu şüalar bucağın
tərəfləri, başlanğıc nöqtə təpəsi adlanır.
AOB bucağı: ∠AOB, yaxud ∠O
• İti bucaq - düz bucaqdan (90°-dən) kiçik olan bucaq.
• Düz bucaq - tərəfləri perpendikulyar olan bucaq.
Düz bucaq 90°-yə bərabərdir.
• Kor bucaq - düz bucaqdan (90°-dən) böyük və açıq
bucaqdan (180°-dən) kiçik bucaq.
• Açıq bucaq - tərəfləri düz xətt əmələ gətirən bucaq.
Açıq bucaq 180°-yə bərabərdir.
Ədəd |
Ədədə bölünmə əlaməti |
2 |
Bütün cüt ədədlər |
3 |
Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər |
5 |
0 və ya 5 rəqəmləri ilə qurtaran ədədlər |
6 |
Həm 2-yə, həm də 3-ə bölünən ədədlər |
9 |
Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər |
10 |
0 rəqəmi ilə qurtaran ədədlər |