Çoxrəqəmli ədədləri istənilən mərtəbəyə qədər yuvarlaqlaşdırmaq olar. Bunun üçün
ümumi qaydadan istifadə edilir.
1. Yuvarlaqlaşdırılacaq mərtəbədəki rəqəm işarələnir.
2. Həmin rəqəmin sağındakı rəqəmə baxılır.
3. Bu rəqəm 5-dən kiçik (0,1, 2, 3, 4) olarsa, işarələnmiş rəqəm olduğu kimi saxlanılır.
Bu rəqəm 5 və 5-dən böyük (5, 6, 7, 8, 9) olarsa, işarələnmiş rəqəm bir vahid artırılır.
4. Yuvarlaqlaşdırılacaq mərtəbədəki rəqəmin (işarələnmiş) sağındakı bütün rəqəmlər
sıfırla əvəz olunur.
Məsələn, 32 318 ədədini minliklərə qədər yuvarlaqlaşdırmaq
üçün əvvəlcə uyğun mərtəbədəki rəqəm işarələnir: 32 318.
Sağdakı rəqəmə baxılır: 3<5 olduğu üçün 2 rəqəmi olduğu
kimi qalır, ondan sağdakı bütün rəqəmlər isə sıfırla əvəz olunur.
32 318 ədədinə təklik, onluq və yüzlüyü sıfır olan ən yaxın ədəd 32 000-dir.
276 925 ədədini onminliklərə qədər yuvarlaqlaşdırdıqda
6>5 olduğu üçün 7 rəqəminin yerinə 8 yazılır, ondan
sağdakı bütün rəqəmlər isə sıfırla əvəz olunur.
276 925 ədədini yüzminliklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınar?
Bunu ədəd oxunda ifadə etməklə necə müəyyən etmək olar?