ÜMUMİLƏŞDİRİCİ
TAPŞIRIQLAR
1.
Abakda təsvir edilmiş ədədləri sözlərlə,
rəqəmlərlə və açıq şəkildə yazın. Onların
yerini ədəd oxunda təqribi olaraq göstərin.
2.
Sözlərlə verilmiş ədədləri rəqəmlərlə və açıq şəkildə yazın.
a) İki yüz otuz altı min on dörd
b) Dörd yüz on səkkiz min səkkiz
c) Yetmiş beş min yüz altı
d) Yüz bir min iki yüz
e) İki milyon üç
f) Beş yüz min on
3.
Qanunauyğunluğu müəyyən edin və növbəti üç ədədi tapın.
a) 88 200, 98 200, 108 200, ...
b) 126 353, 127 353, 128 353, ...
c) 245 789, 235 789, 225 789, ...
d) 1 313 217, 1 213 217, 1 113 217, ...
4.
Altından xətt çəkilmiş rəqəmlərin mərtəbə qiymətlərini müqayisə edin.
2 345 və
3 456
25 126 və
2 100
11 200 və
58 293
110 640 və 2
303
5.
Verilən ədədlərdən şərtə uyğun olanları müəyyən edin.
26 532
343 134
356 013
964 308
1 327 143
a) Onminliklər mərtəbəsində cüt rəqəm olan ədədlər
b) Yüzminliklər mərtəbəsindəki rəqəmin minliklər mərtəbəsindəkindən kiçik olan ədədlər
c) Rəqəmlərinin cəmi 18-ə bərabər olan cüt ədədlər
d) Minliklərə qədər yuvarlaqlaşdırdıqda minlik mərtəbəsindəki rəqəmi 7 olan ədədlər
6.
Boş xanalara uyğun ədədləri müəyyən edin.
a) 22 456 = 1 onminl. + minl. + 456 təkl.
b) 22 456 = 22 minl. + yüzl. + 15 onl. + 6 təkl.
7.
"*" yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.
13 006 * 1 onminl. + 36 yüzl.
32 126 * 3 onminl. + 21 onl. + 26 təkl.
60 minl. + 1 yüzl. + 13 onl. + 5 təkl. * 5 onminl. + 12 minl. + 235 təkl.
8.
Ədədləri verilən mərtəbəyə qədər yuvarlaqlaşdırın.
a) Minliklərə qədər
b) Onminliklərə qədər
c) Yüzminliklərə qədər
7 223
19 658
232 600
18 580
157 893
284 545
226 553
479 208
2 345 911
9.
Ay Yer ətrafına fırlandıqda onlar arasındakı ən yaxın məsafə 363 300 km, ən uzaq məsafə
isə 405 500 km-dir.
- Aydan Yerə qədər ən yaxın və ən uzaq
məsafələr təqribən neçə min kilometrdir?
- Bu məsafələri hansı mərtəbəyə qədər
yuvarlaqlaşdıranda eyni ədədlər alınar?