TOPLAMA VƏ ÇIXMA
Səbinə bəzi rayonlarımızın 2020-ci ildə əhali sayını cədvəldə yazdı. Samir isə
bu ədədləri yuvarlaqlaşdırıb təqribi sayları qeyd etdi.
Hazırıqmı?
- Kəlbəcər rayonunun əhalisi Cəbrayıl rayonunun əhalisindən
təqribən neçə min nəfər çoxdur? Bunu necə tapmaq olar?
- Qubadlı və Zəngilan rayonlarının əhalisi birlikdə təqribən neçə
min nəfərdir? Bunu necə tapmaq olar?
- Ən çox və ən az əhalisi olan rayonlar hansılardır? Bu rayonların
əhalisi arasındakı fərq təqribən neçə min nəfərdir?
- Əhalinin təqribi sayı yazılmış hansı sütundakı ədədlərdən istifadə
edilsə, hesablamaların nəticəsi dəqiq cavaba daha yaxın olar?
- Bu rayonlar hansı bölgəmizə aiddir? Bu bölgəmiz haqqında nə
bilirsiniz?