MƏSƏLƏ VƏ MİSALLAR
1.
Hesablayın. Cavabın doğruluğunu yoxlayın.
5 863 + 2 641
36 702 + 7 989
528 000 + 167 828
800 028 + 6 892
5 627 - 2 102
72 482 - 5 608
826 738 - 769 822
890 035 - 270 827
2.
Uyğun ədədi tapın.
a) 926 və 7 529 ədədlərinin cəmindən 7 895 vahid kiçik ədəd.
b) 40 201 və 20 000 ədədlərinin fərqindən 13 497 vahid kiçik ədəd.
c) 581 925 və 385 937 ədədlərinin fərqindən 236 846 vahid böyük ədəd.
d) Rəqəmləri fərqli olan ən kiçik altırəqəmli cüt ədəddən 8 500 vahid kiçik ədəd.
3.
Hesablayın və müqayisə edin.
6 009 - (5 338 - 928) *
85 000 - 83 401
73 883 - (1 782 + 983) * 823
395 - 772 662 + 25 893
4.
Boş xanalardakı rəqəmləri müəyyən edin. Cavabın doğruluğunu yoxlayın.
5.
Alpinistin fəth etmək istədiyi zirvəyə qədər yol 7 466 metrdir. 0, birinci gün 3 763 m, ikinci gün isə
bundan 678 m az yol qət etdi. Alpinist zirvəyə çatmaq üçün daha neçə metr yol getməlidir?
6. Qara dənizin sahəsi 436 402 km2-dir. Bu,
Xəzər dənizinin sahəsindən 50 002 km2 böyükdür. Xəzər dənizinin sahəsi nə
qədərdir? Tənlik qurmaqla həll edin.
7.
Sxemdə 30 il ərzində Mingəçevir şəhərinin əhalisinin sayı haqqında məlumat verilib.
• 2009-cu ildə Mingəçevir şəhərinin əhalisi 1999-cu ildəkindən nə qədər çoxdur?
• Əhalinin sayı 30 ildə nə qədər dəyişmişdir?
• Sxemə əsasən bir neçə sual tərtib edin və cavablandırın.
2-ci bölmə • Toplama və çıxma