VURMA VƏ BÖLMƏ
Ağacəkmə aksiyasında 10 məktəbin hər birindən
36 şagird iştirak etdi.
Hazırıqmı?
- Aksiyada cəmi neçə şagird iştirak etdi?
- Bütün şagirdləri 3 nəfərdən ibarət qruplara ayırsalar, neçə
qrup alınar?
- Hər qrup 10 ağac əkərsə, şagirdlər cəmi neçə ağac əkərlər?
- Şagirdləri qruplara 6-6 ayırsalar, eyni sayda ağacı əkmək
üçün hər qrup neçəsini əkməlidir?
- Şagirdləri hər birində eyni sayda olmaqla qruplara daha
necə ayırmaq olar? Bir neçə variant söyləyin.