MƏSƏLƏ VƏ MİSALLAR
1.
Sahə modelindən istifadə etməklə natamam hasilləri tapın və cavabı hesablayın.
a)
3 834 ⋅ 5 = ?
b)
21 682 ⋅ 4 = ?
2.
Hesablayın.
3.
Boş xanalara uyğun rəqəmləri tapın.
4.
Hesablayın və cavabın doğruluğunu kalkulyatorda yoxlayın. Müqayisə edin.
2 346 ⋅ 9 * 204 : 3 + 15 521
14 255 ⋅ 6 * 84 530
176 400 - 28 428 ⋅ 6 * 1 477 ⋅ 4
5.
Robot girişə verilən ədədlər üzərində əməlləri bu qayda ilə yerinə yetirir:
Girişə verilən ədəd 7 000-dən kiçikdirsə, 7-yə vur.
Girişə verilən ədəd 7 000-ə bərabər və ya böyük, 12 000-dən isə
kiçikdirsə, 5-ə vur.
Girişə verilən ədəd 12 000-ə bərabər və ya böyükdürsə, 3-ə vur.
Girişə aşağıdakı ədədlər verilərsə, çıxışda hansı ədədlər alınar?
4 540
14 256
20 347
9 418
31 299
6 374
8 236
11 345
6.
Asiya fili günün 3
4 hissəsini qidalanmağa sərf edir.
- Fil bir gündə qidalanmağa neçə dəqiqə sərf edir?
- Fil bir həftə ərzində qidalanmağa neçə dəqiqə sərf edər?
7.
Günəş enerjisi əldə etmək üçün hər panelə 6 sütun və 10 sətir olmaqla kvadrat formalı elementlər düzülür.
125 belə paneldə neçə element olar?
8.
Dünyanın ən böyük səyahət gəmilərindən biri 2 747 kayutdan
ibarətdir. Bunlardan 48 kayut 8 nəfərlik, 102 kayut 6 nəfərlik,
574 kayut 4 nəfərlik, 315 kayut 3 nəfərlik, qalanları isə
2 nəfərlikdir. Bu gəmi neçə sərnişin tutur?
3-cü bölmə • Vurma və bölmə