İdman malları anbarında olan tennis toplarının sayı
mərtəbə cədvəlində təsvir olunub.
Bu topları hərəsində 3 ədəd olmaqla qablara yığdılar.
Mərtəbə cədvəlindən istifadə etməklə qabların sayını
necə tapmaq olar?
Topları hərəsində 5 ədəd olmaqla qablara yığsalar,
neçə qab alınar? Bunu sahə modeli ilə necə izah
etmək olar?
Minl.
Yüzl.
Onl.
Təkl.
Öyrənmə
Dördrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmək üçün ardıcıl olaraq minliklər,
yüzlüklər, onluqlar və təkliklər birrəqəmli ədədə bölünür. Məsələn: 5 384 : 4 = ?
Bölünən elə hissələrə ayrılır ki, bu hissələrə uyğun
qismət daha asan tapıla bilsin. Hər hissə üçün
qismətlər tapılır və toplanır. Alınan cəm axtarılan
qismətə bərabər olur.