Mağazada karandaşlar böyük və
kiçik qutularda, həm də tək-tək
satılır. Kiçik qutuda n, böyükdə
isə m ədəd karandaş var.
Kiçik qutularda cəmi neçə karandaş var?
Böyük qutularda cəmi neçə karandaş var?
Rəfdəki karandaşların ümumi sayını tapmaq üçün hansı ifadəni yazmaq
olar?
Açar
sözlər
dəyişən
dəyişənin qiyməti
ifadənin qiyməti
Öyrənmə
Hərfi ifadələrdə bir neçə dəyişən ola bilər: a + b,
x ⋅ y + 5. Birinci
ifadədə
a və b, ikincidə isə
x və y dəyişənlərdir. Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini
tapmaq üçün
əvvəlcə dəyişənlərin qiymətləri yerinə yazılır. Sonra isə alınan ədədi ifadənin qiyməti
hesablanır. Məsələn, a və b dəyişənlərinin müxtəlif qiymətlərindən: a : 5 + 8 ⋅ b - 1
ifadəsinin
qiymətini belə hesablamaq olar:
Bələdçi
Dəyişənlərin verilmiş qiymətləri
üçün ifadənin qiymətini tapın.
a
7
19
44
91
95
127
220
337
605
979
b
12
11
15
14
10
10
13
17
9
16
(5 + a) : (b - 8)
3
↓
• NÜMUNƏ •
(5 + 7) : (12 - 8) = 12 : 4 = 3
Müstəqil iş
1. Dəyişənlərin uyğun qiymətlərində ifadənin qiymətini hesablayın.
a
5
14
23
52
78
113
b
6
12
48
96
414
2 451
6 ⋅ a + b : 3 - 14
2. a = 135, b = 3 olduqda ifadələrin qiymətini hesablayın.