16
Tənlik
qurmaqla məsələ həlli
Tənlik qurmaqla məsələ həlli geniş yayılan üsullardan biridir. Bu üsulun məqsədi sözlərlə
verilmiş məsələnin şərtini riyazi dilə çevirməkdir. Çox vaxt məsələni həll etmək üçün axtarılan
kəmiyyət məchul kimi qəbul edilir və şərtə uyğun tənlik qurulur. Sonra tənliyi həll etməklə
axtarılan kəmiyyət tapılır.
Verilən məsələləri tənlik qurmaqla həll edin.
- Qabda bir neçə qutab var idi. Samirin nənəsi bu qutablara
5 dənəsini də əlavə etdi. 4 uşağın hər birinə 3 qutab çatdı.
Qabda əvvəl neçə qutab var idi?
Vurmaya aid tənlik qurmaqla məsələ həlli
• NÜMUNƏ •
Samir 2 qutu çay aldı. O bunun üçün kassaya 5 manatlıq və 1 manatlıq
ödədi. 1 qutu çayın qiyməti nə qədərdir?
1. Məsələni anla
Nəyi tapmalıyam: 1 qutu çayın qiymətini.
Nə məlumdur: 2 qutu çay alındı.
Kassaya 5 manatlıq və 1 manatlıq verildi.
2. Plan qur
Necə həll edə bilərəm: Şərtə uyğun tənlik quraram.
3. Həll et
1 qutu çayın qiymətini x ilə işarə edərəm. Onda 2 qutu çay üçün 2 ⋅ x
manat ödənməlidir. Kassaya 5 + 1 = 6 manat ödənildiyi üçün uyğun
bərabərliyi yazıb həll edərəm.
Cavab: 1 qutu çayın qiyməti 3 manatdır.
2 ⋅ x = 5 + 1
2 ⋅ x = 6
x = 6 : 2
x = 3
4. Yoxla
Tənlikdə məchulun yerinə 3 yazıb bərabərliyin doğruluğunu yoxlayaram:
Tapılan qiyməti məsələnin şərtində yoxlayaram: 1 qutunun qiyməti
3 manat olarsa, 2 qutu üçün 6 manat ödəmək lazımdır. Samir də 6 manat ödədi.
- Yük maşını hər reysdə eyni sayda kərpic daşıyır.
O, nahara qədər 3 reysdə cəmi 12 000 kərpic
daşıdı. Maşın 1 reysdə neçə kərpic daşıyır?
4-cü bölmə • Riyazi ifadələr. Tənlik