1-ci hesablama maşını girişdəki
ədədi müəyyən ədədə vurur.
2-ci maşın isə girişdəki ədədin
üzərinə başqa bir ədəd əlavə edir.
Maşınlar göstərilən ardıcıllıqla birləşdirildi və nəticə
cədvəl şəklində kağıza çap olundu. Çap qurğusu
yaxşı işləmədiyinə görə bəzi ədədlər görünmür.
Bu ədədləri necə tapmaq olar?
Açar
sözlər
qanunauyğunluq
düzülüş qaydası
giriş
çıxış
Öyrənmə
Ədədlərin müəyyən qayda ilə düzülüşü qanunauyğunluq təşkil edir. Bu qaydadan istifadə
etməklə növbəti ədədləri tapmaq olar.
Sondakı nöqtələr
sıranın eyni qayda ilə
davam etdiyini
göstərir.
Bəzən ədədlər arasındakı əlaqəni cədvəldə təsvir etmək daha əlverişli olur. Bu zaman giriş
qiymətləri üzərində qaydaya əsasən eyni əməliyyatlar aparmaqla çıxış qiymətləri alınır.
Məsələn, qiyməti 3 manat olan kitabın satışından əldə edilən gəliri cədvəldə belə təsvir
etmək olar: