ÜMUMİLƏŞDİRİCİ
TAPŞIRIQLAR
1.
İfadələrin qiymətini hesablayın.
a) 142 ⋅ 5 - 993 : 3 + 146 : 2
b) 1 243 ⋅ 4 - (7 981 - 4 322)
c) (6 524 - 5 785) ⋅ (2 002 - 1996)
d) (3 119 + 2 561) : 8 - 216 ⋅ 3
e) 2 478 : 7 - (415 : 5 + 212)
f) 500 - (584 ⋅ 3 + 150) : (744 : 3 - 242)
2.
Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini hesablayın.
a) a = 5 və b = 3 olduqda:
b) n = 6 və m = 134 olduqda:
c) p = 588 və q = 4 olduqda:
108 ⋅ a - 744 : b + 345
18 ⋅ ( m - 127) + 360 : n
(p : 7 + 37) ⋅ (510 - 126 ⋅ q)
3.
Əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın. Sonra isə tənlikləri həll edin.
6 ⋅ x = 32 + 4
a ⋅ 4 = 85 - 5
3 ⋅ h = 60 : 4
b : 8 = 12 + 2
18 : y = 20 - 20 : 10
4.
Əvvəlcə cəmi hasil şəklində yazın. Sonra isə tənlikləri həll edin.
a) x + x = 4
b) c + c + c + c = 24
c) a + a + a + a + a = 35
d) b + b + b = 50 - 8
5.
Şəkillərə əsasən qanunauyğunluğu müəyyən edin və cədvəlləri tamamlayın.
a)
Fiqurun sıra
nömrəsi
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
Kvadratların sayı |
|
|
|
|
|
|
b)
Fiqurun sıra
nömrəsi
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
Üçbucaqların sayı |
|
|
|
|
|
|
6.
Bağban hündürlüyü 120 sm olan ağac əkdi. Bu ağac müəyyən yaşa qədər hər il eyni
uzunluqda boy atır. İllərə görə ağacın hündürlüyü xətti diaqramda təsvir edilib. Diaqrama
əsasən cədvəli dəftərdə tamamlayın və suallara cavab verin.
İllər |
1 |
2 |
3 |
4 |
5 |
... |
n |
Ağacın hündürlüyü (sm) |
160 |
|
|
|
|
... |
|
a) Ağac bir ildə neçə santimetr boy atır?
b) n ildən sonra bu ağacın boyu nə qədər olar?
c) 8 ildən sonra ağacın hündürlüyü neçə santimetr olar?
d) Neçə ildən sonra ağacın hündürlüyü 400 sm olar?
4-cü bölmə • Riyazi ifadələr. Tənlik