YADA SALIN! Ədədi 10-un misillərinə (10, 20, ...) vurduqda ədədi onluqların
sayına
vurub hasilin sağına bir sıfır əlavə etmək lazımdır.
İkirəqəmli ədədləri alt-alta vurduqda əvvəlcə ikinci ədədin təklikləri, sonra isə onluqları
birinci ədədə vurulur. Birinci natamam hasil təkliklər mərtəbəsindən başlamaqla, ikinci isə
onluqlar mərtəbəsindən başlamaqla alt-alta yazılır və toplanır. Məsələn: 16 ⋅ 27 = ?
Vuruqlardan birini açıq şəkildə yazmaqla hasili belə tapmaq olar:
16 ⋅ 27 = (10 + 6) ⋅ 27 = 10 ⋅ 27 + 6 ⋅ 27 = 270 + 162 = 432
16 ⋅ 27 = 16 ⋅ (20 + 7) = 16 ⋅
20 + 16 ⋅ 7 = 320 + 112 = 432
Sahə modeli ilə vurma
= 200 + 70 + 120 + 42 = 432