ƏDƏDLƏR
(1 000 000-a qədər)
Lalə və Samir iki aşıqla abakda müxtəlif
ədədlər təsvir etdilər.
Hazırıqmı?
- Uşaqlar abakda hansı ədədləri təsvir etdilər?
- Kimin təsvir etdiyi ədəd böyükdür? Bunu necə müəyyən
etmək olar?
- Samir bir aşığın yerini dəyişməklə Lalənin ədədindən
böyük ədəd təsvir edə bilərmi?
- Lalə hansı aşığın yerini dəyişsə, onların təsvir etdikləri
ədədlər bərabər olar?