Dəniz xəritəsində O nöqtəsindəki adadan çıxıb əvvəlcə 1 vahid sağa və 5 vahid yuxarı
gedin. Çatdığınız adadan xəzinə gizlədilən sandığın açarını götürün. Sonra 2 vahid
sağa və 2 vahid yuxarı gedib növbəti adaya çatın. Xəzinə k xəttinə nəzərən bu adaya
simmetrik yerləşən adada gizlədilib.
Xəzinə 4 sandığın birindədir. Qalan 3 sandıq tilsimlənib.
Xəzinə olan sandıq üstdən və yandan bu həndəsi fiqurlar
formasındadır.