Müstəvi fiqurlar nöqtə, düz xətt, parça, əyri xətt, şüa və bucaqların köməyi ilə çəkilir.
Bu fiqurlar ən sadə həndəsi fiqurlardır.
NÖQTƏ
Çox vaxt hər hansı obyektin yerini dəqiq
göstərmək üçün nöqtədən istifadə olunur.
Nöqtə böyük latın hərfləri ilə işarə
olunur: A nöqtəsi, B nöqtəsi, C nöqtəsi.
ŞÜA
Düz xətt üzərində ixtiyari nöqtə onu iki
hissəyə ayırır. Hissələrin hər biri başlanğıcı bu
nöqtədə olan şüa adlanır. Şəkildə A nöqtəsi
düzxətti AB və AC şüalarına ayırır.
DİQQƏT!
Şüanı üzərindəki ikinci nöqtəni qeyd etmədən də
təsvir
etmək olar.
AC şüası