Başlanğıc nöqtələri eyni olan iki şüanın əmələ gətirdiyi fiqur bucaq adlanır.
Bu şüalar bucağın
tərəfləri, başlanğıc nöqtə isə bucağın təpə nöqtəsi adlanır.
Bucağı tərəflərin
üzərində nöqtələri
qeyd etmədən də
təsvir etmək olar.
Çox vaxt bucaq ∠ ilə işarə olunur. Şəkildəki AOB bucağını belə yazmaq olar:
∠AOB,
yaxud sadəcə: ∠O. Burada O - bucağın təpə nöqtəsidir.
Tərəfləri düz xətt əmələ gətirən bucaq açıq bucaq
adlanır.