Şahmat oyununun başlanğıcında taxta
üzərində fiqurlar şəkildəki kimi yerləşir.
Şahmat taxtasında ağ və qara fiqurların
hər birindən neçə dənədir?
Hansı fiqurların adlarını bilirsiniz?
Hər fiqurun yerini necə təyin etmək olar?
Birinci gedişi edən şahmatçı e2 xanasındakı fiquru
iki xana irəli qoydu. O hansı fiquru hara qoydu?
Açar
sözlər
koordinat
koordinat şəbəkəsi
koordinat başlanğıcı
koordinat oxları
Öyrənmə
Obyektlərin yerini təsvir etmək üçün çox zaman koordinat şəbəkəsindən
istifadə edilir. Bunun üçün O nöqtəsindən bir-birinə
perpendikulyar olan x və y oxları çəkilir. O nöqtəsi koordinat başlanğıcı,
x və y oxları isə koordinat oxlarıdır. A nöqtəsi koordinat
başlanğıcından 5 vahid sağda və 2 vahid yuxarıda yerləşir. Bu
ədədlər A nöqtəsinin koordinatlarıdır və belə yazılır:
A (5; 2).
Birinci ədəd A nöqtəsinin x oxuna, ikinci ədəd isə y oxuna uyğun
koordinatlarıdır.
Nöqtənin koordinatlarını tapmaq üçün bu nöqtədən hər iki oxa perpendikulyar xətlər çəkilir
və kəsişmə nöqtələrinin O nöqtəsindən neçə vahid məsafədə olduğu tapılır. Məsələn: B (3; 4).
(1; 4) və (4; 1) koordinatları eyni, yoxsa fərqli nöqtələri göstərir?
Bələdçi
a) Koordinat şəbəkəsində verilmiş
nöqtələrin koordinatlarını yazın.