Fəza fiqurlarını müstəvi fiqurlardan da düzəltmək olar. Bunun üçün vərəqdə uyğun fiqurlar
çəkilir və xətlər üzrə qatlanaraq birləşdirilir. Qatlanma və birləşmə xətləri fəza fiqurunun
tillərini, müstəvi fiqurlar isə onun üzlərini əmələ gəlir. Məsələn, şəkildəki fiquru qırıq
xətlər
üzrə qatladıqda kub alınar.
Bir fəza fiqurunun müxtəlif açılış şəkilləri ola bilər. Aşağıda bəzi fəza fiqurlarının açılış
şəkillərinə nümunələr verilmişdir.
Kuboid
Üçbucaqlı prizma
Üçbucaqlı piramida
Dördbucaqlı piramida