İki onluq kəsri toplayarkən çoxrəqəmli ədədlərdə olduğu kimi uyğun mərtəbədəki
rəqəmlər bir-birinin altında yazılır və ən sağdakı mərtəbədən başlamaqla toplanır.
Məsələn: 2,14 + 3,45 = ?
1
Uyğun mərtəbə-
dəki
rəqəmlər və
vergüllər
alt-alta
yazılır.
2
Vergül nəzərə alınmadan alt-
alta
toplanır və vergüllərin
altında vergül yazılır.
2,14 + 3,45 = 5,59
Vergüldən sonrakı rəqəmlərin sayı bərabər deyilsə,
sıfırlar artırmaqla bərabərləşdirmək olar.