Samir stolun üstündə anasının mağazadan aldığı malların
satış çekini tapdı. Lakin orada bəzi ədədlər silinmişdi.
Samirin anası nə qədər pul ödəyib?
Bunu necə tapmaq olar?
Öyrənmə
• Müxtəlif malların qiymətləri onluq kəsrlərlə ifadə
olunduqda hesablamalar onluq kəsrlərdə olduğu
kimi aparılır. Məsələn, 1 kq kartof və 1 kq soğan
almaq üçün ödəniləcək məbləği belə tapmaq olar.
• Bir malın digərindən nə qədər ucuz və ya baha
olduğunu tapmaq üçün onların qiymətlərinin fərqi
hesablanır. Bu zaman hər iki məhsulun qiyməti eyni
ölçü vahidlərində olmalıdır. Məsələn, 1 buğda
çörəyi 1 çovdar çörəyindən 23 qəpik ucuzdur.
Bələdçi
Şəkildəki malların qiymətləri cəmini və fərqini tapın.