ADİ VƏ ONLUQ KƏsrLƏR
Hazırıqmı?
- Lalə və Aynur qarşılarındakı pitsaların neçə dilimini yesələr, Samirin
yediyi qədər pitsa yeyərlər?
- Kimin pitsasının bir dilimi ən kiçik, kiminki isə ən böyükdür? Bunu
kəsrlərlə necə yazmaq olar?
- Hazırda stolun üstündə nə qədər pitsa var?
- Samir bir dilim də yesə, onun pitsasının hansı hissəsi qalar?
- Pitsanın qiymətində vergüldən sonrakı ədəd nəyi bildirir?
- Bir pitsa və bir meyvə şirəsi almaq üçün nə qədər pul ödəmək lazımdır?