Şəkildəki fiqurları
düzəltmək üçün kim daha
çox kubdan istifadə etdi?
Bunu necə tapmaq olar?
AnarSəbinə
Açar
sözlər
həcm
vahid kub
kub santimetr (sm3)
kub metr (m3)
Öyrənmə
• Fəza fiqurunun həcmi vahid kublarla ölçülür.
Fiqurun daxilinə yerləşən vahid kubların
sayı fiqurun həcminə bərabərdir. Məsələn,
vahid kublardan düzəldilmiş şəkildəki
fiqurun həcmi 8 vahid kuba bərabərdir.
• Vahid kublardan düzəldilmiş kuboidin
(düzbucaqlı paralelepipedin) həcmi onun
enini, uzunluğunu və hündürlüyünü təşkil
edən kubların sayının hasilinə bərabərdir.
Həcm = uzunluq ⋅ en ⋅ hündürlük
Vahid kub tili 1 vahid olan kubdur.
Məsələn, vahid 1 sm olarsa, vahid
kubun tili 1 sm-ə bərabər olar. Bu
kubun həcmi 1 sm3-ə bərabərdir.
uzunluq en hündürlük
Həcm = 3 ⋅ 2 ⋅ 3 = 18 vahid kub
Şəkildəki düzbucaqlı paralelepipedin
həcmi 18 vahid kuba bərabərdir.
Düzbucaqlı paralelepipedin həcmini hesablamaq üçün Həcm = oturacağın sahəsi ⋅ hündürlük bərabərliyini
necə izah etmək olar?
Bələdçi
11 vahid kub
4 ⋅ 2 ⋅ 3 = 24
24 vahid kub
Vahid kublardan düzəldilmiş fiqurun həcmini saymaqla,
yaxud hesablama qaydasından istifadə etməklə tapın.
Müstəqil iş
1. Vahid kublardan
düzəldilmiş fiqurun
həcmini tapın.