Yada salın
• Vahidin (tamın) bərabər hissələrini ifadə etmək üçün kəsrlərdən istifadə olunur.
Kəsrin məxrəci vahidin neçə
bərabər hissəyə bölündüyünü,
surəti isə bu hissələrdən
neçəsinin götürüldüyünü
göstərir.
Tamın 2
5 hissəsi onun iki 1
5 hissəsinə bərabərdir.
- Ədədin kəsrlə ifadə olunan hissəsini
tapmaq üçün bu ədədi həmin kəsrin
məxrəcinə bölmək və alınan qisməti
kəsrin surətinə vurmaq lazımdır.
8-in 3
4 hissəsi 6-ya bərabərdir.
-
Məxrəcləri bərabər olan iki kəsrdən surəti böyük olan kəsr böyükdür.
-
Tamın bütün hissələrini ifadə edən kəsr 1-ə
bərabərdir. Başqa sözlə, surəti məxrəcinə
bərabər olan kəsrin qiyməti 1-ə bərabərdir.
-
Tamın eyni hissələrini göstərən kəsrlər bərabərdir.
TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR
1.
Fiqur bərabər hissələrə bölünüb. Onun rənglənmiş və rənglənməmiş hissələrini kəsrlə ifadə edin.
7-ci bölmə • Adi və onluq kəsrlər