a) 11 martdan başlamaqla 25-ci gün hansı ayın neçəsinə düşər?
b) 2 sentyabr həftənin cümə günü olarsa, 12 sentyabr həftənin hansı gününə düşər?
4. Planı tamamlayın və fiqurların həcmini vahid kublarla tapın.
5. Şəkildə düzbucaqlı formasında eyni ölçülü 4 sinif otağının planı verilmişdir. Hər sinif otağının
perimetri 40 metrə bərabərdir.
• Hər sinif otağının sahəsi nə qədərdir?
• Tavanın 1 m2 sahəsini rəngləmək üçün 500 ml
boya lazımdır. 4 otağın tavanını rəngləmək
üçün nə qədər boya tələb olunur?
6. Düzbucaqlı paralelepiped formasında olan
şokoladlar şəkildə ölçüləri verilən böyük qutuya
yığılmalıdır. Bir belə böyük qutuya neçə şokolad yerləşər?
7. Böyük qab 2 100 ml su tutur. Göstərilən stəkanların
hər ikisindən istifadə etməklə bu qabı
elə doldurmaq lazımdır ki, stəkanlarda artıq su
qalmasın. Bunu necə etmək olar?