İşçinin aylıq gəliri 1 000 manat oldu. O, kommunal ödənişlərə bu
pulun 1
10, ərzağa
4
10, geyimə isə
3
10 hissəsini xərclədi. İşçi qalan
məbləği yığım üçün saxladı. Diaqramın hissələrini adlandırın və bu hissələrə
hissələrə uyğun xərcləri tapın. İşçinin aylıq yığımı nə qədər oldu?
• NÜMUNƏ •
Kəsrlərin müqayisəsinə əsasən işçi ay ərzində ən çox pul
ərzağa xərclədi. Dairənin ən böyük hissəsi sarı rəngdə olduğu
üçün dairənin sarı hissəsi ərzaq xərclərinə uyğundur.
1000 : 10 ⋅ 4 = 400 man.
İşçi ərzağa 400 manat xərclədi.