Xətti diaqramlarda parçaların istiqamətinə görəy dəyişəninin
qiymətinin artması, yaxud azalması haqqında fikir
söyləmək olar. Məsələn, xətti diaqramdan görünür
ki, mart ayında bilet satışı artmış, apreldə dəyişməmiş,
may ayında isə azalmışdır.
Daha hansı ayda bilet satışı əvvəlki ay ilə
müqayisədə artmışdır? Bilet satışı hansı ayda
əvvəlki ay ilə müqayisədə daha çox artmışdır?