Adi kəsr - vahidin bərabər bölünmüş bir və ya
bir neçə hissəsini göstərir, kəsr xətti ilə yazılır.
Kəsrin məxrəci vahidin neçə bərabər
hissəyə bölündüyünü, surəti isə bu
hissələrdən neçəsinin götürüldüyünü göstərir.
Belə oxunur:
beşdə iki
Tamın 2
5 hissəsi onun iki 1
5 hissəsinə bərabərdir.
Adi kəsrlərin bərabərliyi - kəsrin surət və məxrəcini
sıfırdan fərqli eyni ədədə vurduqda və ya
böldükdə həmin kəsrə bərabər kəsr alınar.
Dairəvi diaqram - tam və onun hissələri arasında
əlaqəni təsvir etmək üçün istifadə olunan diaqram.
Bu zaman dairə özü tam kimi qəbul edilir
və radiuslarla uyğun hissələrə bölünür.
Diaqrama əsasən xərclərin
1
5
hissəsini yol, 2
5 hissəsini
yelləncəklər, 2
5 hissəsini isə
yemək xərcləri təşkil edir.
2
5 +
2
5 +
1
5 =
5
5 = 1
Dəyişən xərclər - müəyyən müddət ərzində
məbləği dəyişən xərclər. Məsələn, qida, geyim
xərclərinin aylıq məbləğləri dəyişə bilər.
Dəyişməyən xərclər - müəyyən müddət ərzində
məbləği, demək olar ki, dəyişməyən
xərclər. Məsələn, illik təhsil haqqı, aylıq internet
haqqı, aylıq kirayə haqqı, aylıq abunə
haqqı və s. uyğun müddətlər ərzində dəyişmir.
Düstur - kəmiyyətlər arasında asılılığı göstərmək
üçün riyazi simvol, işarə və hərflərin köməyi
ilə yazılan bərabərlik.
• Kvadratın perimetrini hesablamaq üçün düstur:
a
P = 4 ⋅ a
• Kvadratın sahəsini hesablamaq üçün düstur:
S = a ⋅ a
Əsr - yüz ilə bərabər olan zaman vahidi.
1 əsr = 100 il.
Hazırda 21-ci əsrdə yaşayırıq.
Həcm - fəza fiqurunun daxilinə yerləşən vahid
kubların sayı.
Şəkildəki fiqurun həcmi
8 vahid kuba bərabərdir.
Həcm kub santimetrlə (sm3),
kub metrlə (m3) və s.-lə ifadə olunur.
• Düzbucaqlı paralelepipedin həcmini belə
hesablamaq olar:
İxtisar olunmayan kəsrlər - surət və məxrəcin
ortaq böləni yoxdur. Məsələn, 1
3,
4
5, 6
7,
9
14 kimi
kəsrlər ixtisar olunmayan kəsrlərdir.
İl - 365 gün, yaxud 366 günə bərabər zaman
vahidi. 4-ə tam bölünən illərdə 366 gün (uzun
il), tam bölünməyən illərdə isə 365 gün (qısa il)
olur. Məsələn, 2022 və 2023-cü illər qısa,
2024-cü il isə uzun ildir.