1.3
|
Sürtünmə qüvvəsi |
• Açar sözlər •
• girintili-çıxıntılı
• sürtünmə qüvvəsi • müqavimət qüvvəsi |
İşin gedişi:
1. Fincanı şüşə səthin üzərinə qoyun (1) və dinamometrin qarmağını fincanın dəstəyinə bağlanmış ipə keçirin. Dinamometri üfüqi istiqamətdə yavaşca dartın. Fincan hərəkət etdiyi anda dinamometrin göstəricisini iş vərəqinə qeyd edin. 2. Birinci addımı taxta səth (2) üzərində təkrarlayın. 3. Taxta səthə yağ tökün və birinci addımı təkrarlayın. |
Ləvazimat: taxta səth, ip,
şüşə səth, fincan, maye yağ
və dinamometr.
|
Cismi hərəkətə gətirməyə çalışdıqda müəyyən bir qüvvənin cismin hərəkətinə mane olduğunu müşahidə edirik. Məsələn, şəkildəki cisim 1 N qüvvə ilə dartılsa da, hərəkətə başlamır. Həmin qüvvə səthlər bir-birinə toxunduqda meydana çıxır. Toxunan səthlərdə meydana gələn və cismin hərəkətinin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi adlanır. |