2.1
|
Ürək necə işləyir |
2.1.1
|
Nəbz və onun ölçülməsi
|
Zefirin yarısına qədər kürdanı daxil edin. Kürdanın digər ucuna rəngli kağız
yapışdırın. Əlinizi ovucunuz yuxarı olacaq şəkildə masanın üstünə qoyun. Zefiri
biləyinizin üzərinə qoyun.
|
• Açar sözlər •
• nəbz
• şöbə • qulaqcıq • mədəcik |
|
Ləvazimat: 1 ədəd 35 sm və 2 ədəd 10 sm
uzunluğunda plastik boru, Y - şəkilli boru
(plastik və ya şüşədən), şar, ip, plastik qıf,
qayçı, saat və ya saniyəölçən.
|
İşin gedişi: 1. Şarın ucunu kəsin. Kəsdiyiniz şarı qıfın enli ağzını örtəcək şəkildə dartaraq kəndirlə sıx bağlayın. Sonra ən uzun plastik borunu qıfın digər ucuna birləşdirin. 2. Qısa boruları uzun borunun digər ucuna birləşdirmək üçün Y-şəkilli borudan istifadə edin. 3. Yoldaşınızın ürək döyüntüsünü dinləmək üçün hazırladığınız alətin enli ağzını onun ürəyinin üzərinə qoyun. Boruların uclarını isə qulaqlarınıza taxın. 4. Sinif yoldaşınızın bir dəqiqədə ürək döyüntülərini hesablayın və dəftərinizdə uyğun qeydlər aparın. Eyni prosesi bir neçə nəfərdə təkrarlayaraq nəticələri müqayisə edin.
Müzakirə edin:
— Nə eşitdiyinizi təsvir edin. — Ritm və ya səs ürəyin quruluşu, qanın qəbulu və bədənə qovulması haqqında əvvəllər öyrəndiklərinizə uyğun gəlirmi? — Sinif yoldaşlarınızın ürək döyüntülərinin sayı bir-birindən fərqlənirmi? Nə üçün? — Sizcə, ürək döyüntülərinin sürətlənməsinə və yavaşımasına nə təsir edə bilər? |